Vakansiya haqqında
Shusha Hotel CompanyTəsvirİş yeri: Şuşa şəhəri. İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanmas və təqdim olunması;İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;Əmək haqqı üzrə ilkin sənədlərin qaydaya salınması və arxivləşdirilməsi. TələblərMaliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;1C proqramında (xüsusilə "Əmək haqqı və kadrlar" modulu) işləmək bacarığı;Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;Ofis proqramları (xüsusilə MS Excel) üzrə dərin biliklər. Təminatlar:Yaşayış yeri, gündə 3 dəfə qidalanma və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
