Vakansiya haqqında
📍AzTelco Group MMCVəzifə Öhdəlikləri:İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.Tələb Olunan Bilik və Bacarıqlar:Ali təhsil (Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində)Əmək haqqı hesablanması üzrə minimum 1-3 il iş təcrübəsiƏmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklərMicrosoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;1C proqramı bilikləriMaraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
