Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Əmək Münasibətləri, Müavinət və Güzəştlər üzrə Baş Mütəxəssis / Menecer

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirƏmək Münasibətləri üzrə:· Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun əmək münasibətlərinin təşkilinə nəzarət etmək;· Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərinə hüquqi uyğunluğun təmin olunması;· İşçilərlə bağlı intizam tənbehləri, münaqişə halları, işdən çıxarma və digər riskli HR proseslərini hüquqi çərçivədə icra etmək;· Daxili qayda və prosedurların hazırlanması və tətbiqini koordinasiya etmək;· İşçi şikayətləri və müraciətləri üzrə araşdırmaları aparmaq və müvafiq tədbirlər görmək.Müavinət və Güzəştlər üzrə:· Müavinət və güzəştlərlə bağlı siyasət və prosedurların hazırlanması;· Mövcud müavinət paketlərinin bazar trendlərinə uyğun qiymətləndirilməsi və yenilənməsi;· Sığorta, sosial paketlər, sağlamlıq proqramları, iş vaxtı güzəştləri və digər tədbirlərin təşkili;· Aylıq əməkhaqqı və digər ödənişlərin düzgün və vaxtında həyata keçirilməsi;· Daxili və xarici (Vergi, Statistika, və s.) qurumlara təqdim ediləcək hesabatların aylıq, rüblük və illik əsasda hazırlanması və göndərilməsi.Ümumi idarəetmə və analitika:· HR göstəriciləri üzrə hesabatların hazırlanması (işçi dövriyyəsi, əmək haqqı xərcləri, məzuniyyət balansları və s.);· Əmək qanunvericiliyindəki dəyişiklikləri izləmək və HR siyasətini uyğunlaşdırmaq;Təşkilati auditorlar və yoxlamalar üçün əmək münasibətləri üzrə sənədlərin düzgünlüyünü təmin etmək.Tələblər· Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə);· İnsan Resursları sahəsində ən azı 5 illik iş təcrübəsi;· Əmək Məcəlləsi, kadr uçotu, sosial sığorta və müavinət sistemi ilə bağlı normativ-hüquqi sənədlər üzrə mükəmməl bilik;· İşçi münasibətləri, sənədləşmə və əmək mübahisələrinin idarə olunması sahəsində praktik təcrübə;· HRIS və ERP sistemləri ilə iş bacarığı (MS Navision və ya oxşar proqram təminatları üzrə təcrübə üstünlükdür);Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, İngilis dili – yaxşı səviyyədə (rəsmi yazışma və hesabat təqdimatı səviyyəsində).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.