Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Əmək haqqı üzrə böyük mühasib

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvir- İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi;- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;- 1C 8.3 ERP proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;- Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi. Tələblər- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;- 1C 8.3 ERP proqramında işləmək bacarığı;- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;- Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;- Problemləri həll etmə bacarığı olmalıdır;- PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.