Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Əmək haqqı mühasibi

BakıMənbə: Work.az

Vakansiya haqqında

Tələblər:Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C;Komandada işləmək bacarığı;Analitik düşüncə qabiliyyəti;Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.Vəzifə öhdəlikləri:Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək;Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək;İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.).İş şəraiti:5 günlük iş qrafiki;Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla hr@kristal.azelektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.Müraciət Prosesi:Müraciət etmək üçün, zəhmət olmasa, ixtisaslarınızı və təcrübənizi əks etdirən CV-nizi təqdim edin. Araşdırma məxfi qaydada “Kristal" şirkəti tərəfindən aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.