Vakansiya haqqında
“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "Elektromexanika üzrə" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,su təchizatı, ventilyasiya, nasos aqreqatları, havalandırma stansiyalarının etibarlı və təhlükəsiz istismarı, enerji səmərəliliyinin və plan icrasının yüksəldilməsi proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.Proqram sizə nə qazandıracaq?6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlimPeşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyiTəcrübə dövründə aylıq əməkhaqqıTəcrübənin sonunda davamlı işə qəbul imkanıNəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafıMetropoliten sizə nə vəd edir?Metropolitendən ödənişsiz istifadə;Nahar (güzəştli);Ekspertlərlə “networking” və praktiki biliklər;Karyera imkanları;Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıqTəhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqlarıÖhdəliklər-Nasos və ventilyatorların texniki vəziyyətini mütəmadi qiymətləndirmək: təzyiq-axın, güc-enerji və vibrasiya göstəricilərini mövcud alətlərlə ölçmək və nəticələri sənədləşdirmək;-Elektrik avadanlıqlarının (mühərriklər, starterlər, qoruyucular) işlək vəziyyətini təmin etmək; elektrik təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət etmək;-Obyektlər üzrə aylıq plan-qrafiklər hazırlamaq, plan-fakt kənarlaşmalarını izah etmək və icra faizini ≥90% səviyyədə saxlamaq üçün tədbirlər görmək;-Avadanlıqların pasportlarını və texniki sənədlərini aktuallıqda saxlamaq; dəyişiklikləri vaxtında əks etdirmək;-Material tələbatını əsaslandırmaq, vahid kataloq kodlarına uyğun sifariş vermək və ehtiyat hissələrinin statistik analizini aparmaq.TələblərBiz kimləri axtarırıq?Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləriMinimum GPA: 80/100;İngilis dili biliyinin olması arzuolunandır;Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)Microsoft OfficeTəhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:Elektromexanika;Elektrik mühəndisliyi;Enerji mühəndisliyi;Mexanika və texnoloji maşınlar;Avtomatika və idarəetmə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
