Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Elektrik təchizatı üzrə təcrübə proqramı

BakıMənbə: Work.az

Vakansiya haqqında

“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "Elektrik təchizatı üzrə" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,yarımstansiyalar, kabel şəbəkəsi, işıqlanma sistemi və dizel generatorların etibarlı, təhlükəsiz və normativ tələblərə uyğun istismarını təmin etmək,elektrik təchizatı infrastrukturunun fasiləsiz işini saxlamaq proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.Proqram sizə nə qazandıracaq?6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlimPeşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyiTəcrübə dövründə aylıq əməkhaqqıTəcrübənin sonunda davamlı işə qəbul imkanıNəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafıMetropoliten sizə nə vəd edir?Metropolitendən ödənişsiz istifadə;Nahar (güzəştli);Ekspertlərlə “networking” və praktiki biliklər;Karyera imkanları;Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıqTəhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqlarıÖhdəliklər-Yarımstansiyaların, kabel şəbəkəsinin, işıqlanma sisteminin və dizel generatorların texniki vəziyyətini mütəmadi qiymətləndirmək və müəyyən edilmiş nasazlıqları vaxtında aradan qaldırmaq;-EN 50163 standartına uyğun olaraq dartı sistemlərində təchizat gərginliyi xarakteristikalarının normativ çərçivədə saxlanılmasına nəzarət etmək;-IEC 60364-1 standartına əsasən alçaq gərginlikli (LV) qurğuların quraşdırılması, istismarı və texniki baxışının tələblərə uyğun həyata keçirilməsini təmin etmək;-Dartı sistemlərində elektrik təhlükəsizliyi və torpaqlama normalarına riayət olunmasına nəzarət etmək; pozuntu hallarını dərhal rəhbərliyə bildirmək;-Obyektlər üzrə planlı texniki baxış qrafiklərini hazırlamaq, plan-fakt kənarlaşmalarını izah etmək və icra faizini ≥90% səviyyədə saxlamaq üçün tədbirlər görmək.TələblərBiz kimləri axtarırıq?Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləriMinimum GPA: 80/100;İngilis dili biliyinin olması arzuolunandır;Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)Microsoft OfficeTəhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:Elektrik mühəndisliyi;Enerji mühəndisliyi;Elektromexanika;Avtomatika və idarəetmə.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.