Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vakansiyalar

Elektrik sahəsi üzrə aparıcı mühəndis (Bakı Limanı)

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirElektrik avadanlıqlarının (transformatorlar, paylayıcı şkaflar, generatorlar, işıqlandırma və s.) illik və aylıq texniki xidmət və təmir planlarını hazırlamaq; Təmir resurslarının (material, avadanlıq, işçi qüvvəsi) planlanmasını həyata keçirmək; Elektrik sistemlərinə dair texniki sənədləri, layihə sxemlərini hazırlamaq və normativlərə uyğunluğunu təmin etmək; Elektrik işinin təşkili zamanı qanunvericilik tələblərinə, normativ-texniki sənədlərə (IEC, ISO, AzTS və s.), o cümlədən istehsalçı tələblərinə uyğunluğun planlaşdırılması, yerinə yetirilməsi və nəzarətini həyata keçirmək; Elektrik qəzalarının və avadanlıqların sıradan çıxmalarının qarşısının alınması məqsədilə risk analizi aparmaq; Yeni elektrik sistemlərinin tətbiqinə dair texniki təkliflər irəli sürmək və bu təkliflər əsasında ilkin planlama işlərini həyata keçirmək; Avadanlıq modernizasiyası və enerji səmərəliliyi üzrə layihələrdə iştirak etmək;Avtomatlaşdırılmış monitorinq sistemlərinin tətbiqi üçün texniki təhlil və planlama işlərini həyata keçirmək.TələblərTəhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali (Elektrik mühəndisliyi, elektroenergetika və ya müvafiq texniki ixtisas sahələri üzrə) Təcrübə: Müvafiq istiqamət üzrə 3 il Bilməlidir: Aşağı, orta və yüksək gərginlikli elektrik sistemləri haqqında biliklər; Elektrik sxemləri və avadanlıqlarının texniki xüsusiyyətləri və tətbiq sahələrinə dair biliklər; Yük hesablamaları, kabel seçimi, qoruma sistemlərinə dair biliklər; SCADA, PLC kimi avtomatlaşdırma sistemlərinin əsasları; Generatorlar, UPS, transformatorlar sistemləri və onların tətbiqinə dair bilik və bacarıqlar;Dövlət standartları, texniki normativlər, beynəlxalq və yerli standartları bilmək. Bacarıqlar və şəxsi keyfiyyətlər: Planlaşdırma; Nəticəyönümlülük; Risklərin idarə edilməsi;Analitik düşüncə.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.