Vakansiya haqqında
TəsvirAvadanlıqların quraşdırılması və texniki xidməti:Elektrik və elektronika sistemlərinin düzgün quraşdırılmasını təmin etmək;Yeni alınan texnoloji avadanlıqların texniki şərtlərinə uyğun montajına nəzarət etmək;Mövcud sistemlərin profilaktik baxışını və təmirini təşkil etmək. Avadanlıqların monitorinqi və texniki nəzarət:Süd sağım sistemləri, avtomatik yemləmə sistemləri, yempaylayan və yemxırdalayan maşınlar, süd taksiləri, suvarma və havalandırma sistemlərinə nəzarət etmək;Temperatur, nəmlik və digər sensorlardan gələn siqnallara əsasən texniki tədbirlər görmək;SCADA, PLC və digər avtomatlaşdırma sistemlərinin işinə nəzarət etmək. Təhlükəsizlik və enerji səmərəliliyi:Elektrik sistemlərinin yanğın və təhlükəsizlik normalarına uyğunluğunu təmin etmək;Enerji sərfiyyatına nəzarət və optimallaşdırma təklifləri hazırlamaq;Ehtiyat enerji mənbələrinin (generator, UPS və s.) vəziyyətini daim yoxlamaq. Qeydlərin aparılması və hesabat:Avadanlıq xətaları və müdaxilələrlə bağlı elektron qeydiyyat sistemlərini idarə etmək;Aylıq və illik texniki hesabatları hazırlamaq. İnnovasiya və inkişaf:Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq;Avtomatlaşdırma sistemlərinin tətbiq imkanlarını araşdırmaq.TələblərTəhsil:Ali təhsil (Elektrik mühəndisliyi, elektronika, avtomatlaşdırma və ya əlaqədar sahələr üzrə);İş təcrübəsi:Kənd təsərrüfatı və ya sənaye müəssisələrində minimum 3 il texniki iş təcrübəsi;Avtomatlaşdırma sistemləri və sənaye PLC proqramlaşdırması bilikləri üstünlükdür;Bacarıqlar:Elektrik və elektron sxemlərini oxuma və tətbiqetmə bacarığı;Problemlərin analiz və operativ həll bacarığı;Kompüter bilikləri (MS Office, texniki diaqnostika proqramları);Komandada işləmək və texniki heyətə rəhbərlik etmək qabiliyyəti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
