Vakansiya haqqında
📍AIMC (Azerbaijan International Mining Company) Vəzifə öhdəlikləriMüəssisənin elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və təhlükəsiz istismarını təmin etmək;Elektrik avadanlıqlarına planlı texniki xidmət, profilaktik baxış və təmir işlərini həyata keçirmək;Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq;Elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular, kabel xətləri və işıqlandırma sistemlərinin istismarına və texniki xidmətinə nəzarət etmək;Elektrik sxemlərinə və texniki sənədlərə uyğun olaraq montaj, qoşulma və sazlama işlərini yerinə yetirmək;Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi prosesində iştirak etmək;Elektrik avadanlıqlarının cari və əsaslı təmir işlərinin icrasında iştirak etmək;Aşkarlanmış nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;Elektrik işlərinin qüvvədə olan texniki norma, standart və təlimatlara uyğun icrasını təmin etmək;Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.TələblərElektrik, Energetika və ya digər əlaqəli ixtisas üzrə orta ixtisas və ya peşə təhsili;Elektrik sahəsində minimum 1 il iş təcrübəsi;Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatın olması üstünlük hesab olunur;Elektrik sxemlərini oxumaq və elektrik ölçü cihazlarından istifadə etmək bacarığı;Elektrik avadanlıqlarının istismarı və texniki xidməti üzrə biliklər;Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı.Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.İş yeri və şəraitiİş yeri: Ağdərə, Azərbaycan;İş qrafiki: Növbəli iş qrafiki;Yaşayış yeri və qidalanma: Şirkət tərəfindən təmin edilir.Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
