Vakansiya haqqında
Tələblər:Təhsil: Elektrik sahəsi üzrə təhsil haqqında sənəd və ya sertifikat;Təcrübə: Elektrik sahəsində iş təcrübəsi;Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və müasir elektrik qurğularının quruluşunu, müasir elektrik materiallarının xüsusiyyətlərini və onlardan istifadə qaydalarını bilməli;Məsulliyyətli, intizamlı və komandada işləmək bacarığı;Ezamiyyətə getmək imkanı olmalı. Vəzifə öhdəlikləri:Vəzifə funksiyalarını və rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;Enerji qurğularının və avadanlıqların enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;Avadanlıqlarla bağlı yaranmış nasazlıqları aradan qaldırmaq;Avadanlıqların texniki baxışını həyata keçirmək. İş şəraiti:İş qrafiki: Tam iş günüƏmək haqqı: 1013 AZN (Gross)Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30 Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Elektrik” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
