Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)

Dövlət xidmətlərinin dizaynı üzrə Aparıcı Mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirDövlət xidmətlərinin təqdim olunması proseslərinin təhlili və sənədləşdirilməsi;Xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması;Beynəlxalq qabaqcıl təcrübələrin araşdırılması və yerli kontekstdə tətbiqi imkanlarının qiymətləndirilməsi;Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya edilməsi;Xidmət proseslərinin BPMN (Business Process Model and Notation) standartına uyğun modelləşdirilməsi;Xidmətlərlə bağlı normativ-hüquqi bazanın öyrənilməsi və tətbiqə dair tövsiyələrin hazırlanması;Rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsi zamanı digər dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya;Layihə çərçivəsində hesabatların, təhlillərin və təqdimat materiallarının hazırlanması;Vətəndaş yönümlü xidmət dizaynının formalaşdırılmasında iştirak;Komanda daxili metodoloji dəstəyin göstərilməsi və bilik ötürülməsi;İnzibati işlər.TələblərDövlət xidmətlərinin təşkili və hüquqi əsasları barədə geniş biliklər;Dövlət orqanlarının fəaliyyət prinsipləri və informasiya sistemlərinin əsas iş mexanizmləri ilə tanışlıq;Analitik və tənqidi düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);BPMN və xidmət dizaynı sahəsində təcrübə;Excel və digər analitik proqramlarda işləmək bacarığı;Kommunikasiya və təqdimat bacarıqları, təşəbbüskarlıq və məsuliyyətlilik;Hüquqşünaslıq ixtisası üzrə ali təhsil arzuolunandır;Sahə üzrə ən azı 3 il iş təcrübəsi;Dövlət qurumları və ya böyük miqyaslı təşkilatlarla iş təcrübəsi;Proaktivlik və müstəqil işləmə qabiliyyəti;İnnovasiya və rəqəmsal inkişafda yerli və beynəlxalq bazar dinamikası və tendensiyaları haqqında anlayış;İnnovasiya, İKT və ya rəqəmsal transformasiya sektorlarında təcrübə arzuolunandır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.