Vakansiya haqqında
TəsvirAxşam növbəsində şirkətin nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz, təhlükəsiz və düzgün təşkilini təmin etmək. Sürücülərlə koordinasiya, texniki xidmət müddətlərinin izlənməsi, sifarişlərin nəzarətdə saxlanılması, sənədləşmə, gecikmə və nasazlıqlara operativ reaksiya göstərilməsi və hesabatların hazırlanması vəzifənin əsas hissəsidir.Bu vəzifə nəqliyyat logistikası və dispetçer xidməti sahəsində inkişaf etmək istəyən namizədlər üçün yaxşı başlanğıc imkanı yaradır. Vəzifə öhdəlikləri:Axşam növbəsində nəqliyyat vasitələrinin hərəkətinə real vaxtda nəzarət etməkSürücülərlə davamlı əlaqə saxlamaq və marşrutların icrasını izləməkGecikmə, nasazlıq, qəza və fövqəladə hallar barədə operativ məlumat verməkDispetçer jurnalında və sistemdə qeydiyyatları dəqiq və vaxtında aparmaqMarşrut planından kənarlaşmaları sənədləşdirməkSürücülərin reysə buraxılması üçün sənədləri yoxlamaqTexniki baxış müddətlərini izləmək və vaxtı çatmış xidmətlərlə bağlı məlumatlandırmaqSifarişlərin yaradılması və statuslarının izlənməsiYanacaq sərfiyyatı və istismar üzrə ilkin məlumatları toplamaqİşçi və sürücü heyətinin qrafiklərinə gecə növbəsində riayət olunmasına nəzarətEzamiyyətlərin axşam vaxtı koordinasiyası və sənədləşməsiYol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına riayət olunmasına nəzarətGündəlik / həftəlik / aylıq hesabatların hazırlanması və təqdim olunmasıTələblərTəhsil:Orta ixtisas təhsili (Nəqliyyat, Logistika və ya oxşar sahə).Ali təhsil üstünlükdür.Təcrübə:minimum 1 il dispetçer xidməti və ya nəqliyyat/logistika sahəsində iş təcrübəsiBilik və bacarıqlarMS Office (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadəçisi – dəyərləndirmə zamanı imtahan edilirNəqliyyat vasitələrinin iş prinsipi və əsas texniki xüsusiyyətləri.Yol hərəkəti qaydaları və daşınma təhlükəsizliyi normaları.Texniki xidmət və istismar haqqında anlayış.Analitik düşüncə və operativ qərar vermək bacarığı.Stressə davamlılıq və fövqəladə hallarda idarəetmə bacarığı.Komanda ilə işləmə, koordinasiya və ünsiyyət bacarıqları.Dil bilikləri:Azərbaycan dili — sərbəst.İngilis və ya rus dilləri — arzuolunandır.Xüsusi tələblərDəqiq və məsuliyyətli iş yanaşması.Dəyişkən və intensiv iş rejiminə uyğunlaşma bacarığı.Sənədləşmə və hesabatlarla işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
