Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Dispetçer vakansiyası üzrə namizəd axtarılır.Vəzifə Öhdəlikləri:Sürücülərin işinin təşkil edilməsi, daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə GPS vasitəsilə nəzarət edilməsi;Tabeliyində olduğu rəhbərliyinin tapşırıqlarını və nəqliyyat vasitələrinə olan sifarişləri qeydə almaq. Namizədə tələblər:• Ali və ya orta ixtisas təhsili (Nəqliyyat, Mexanika və ya uyğun sahə üzrə)• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi• MS Office proqramlarında işləmə bacarığı• Komanda ilə işləmə bacarığı• Məsuliyyətlilik və nizam-intizamƏmək şəraiti:İş yeri: Hökməliİş qrafiki: 6 günlükƏmək haqqı: 600-800Müraciət üçün:Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək hr@at-geotech.com mail ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
