Vakansiya haqqında
📍İNEO Group Vəzifə öhdəlikləri:Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi;Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması;Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.);SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər);Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.);Françayzerlərin brend qaydalarına riayət olunması;Sayt trafikinin artırılması strategiyalarının hazırlanması;Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması;Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması;Reklam kampaniyalarının optimallaşdırılması;Digital bazarın və texnologiyaların monitorinqi;Biznes üçün yeni həllər və alətlərin təklif olunması;Marketinq strategiyasının və marketinq planının hazırlanması;Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi. Tələblər:Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi;Rus və ingilis dillərini sərbəst bilmək üstünlükdür;E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə;SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər;Excel proqramını yüksək səviyyədə bilmək;Böyük həcmli məlumatlarla işləmək bacarığı;Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük;İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı;Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı. Şərtlər:Əmək haqqı müsahibənin nəticələrinə əsasən müəyyən ediləcək;Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
