Vakansiya haqqında
📍Azeco Clean MMC Vəzifə öhdəlikləri:Bakterial və virus mənşəli risklərin aradan qaldırılması üçün sahələrin kimyəvi dezinfeksiyasını aparmaq.Zərərli həşəratlara (hamamböcəyi, ağcaqanad, milçək, gənə və s.) qarşı kimyəvi və mexaniki mübarizə üsullarını həyata keçirmək.Obyektlərdə bakteriya, virus, həşərat və gəmiricilərə qarşı dezinfeksiya, deratizasiya və dezinseksiya işlərini icra etmək.İstifadə olunacaq kimyəvi məhlulları təlimatlara uyğun hazırlamaq və təhlükəsiz tətbiq etmək.İş üçün tələb olunan iş geyimi və fərdi mühafizə vasitələrindən təlimatlandırmaya uyğun düzgün istifadə etmək.İş sahəsini hazırlamaq, təhlükəsizlik və mühafizə tədbirlərini görmək və iş bitdikdən sonra sahəni təmizləmək.Avadanlıq və cihazlardan düzgün, səmərəli və təhlükəsiz qaydada istifadə etmək.Görülən işlə bağlı qısa qeydiyyat aparmaq, zəruri hesabatları təqdim etmək.Ezamiyyə zamanı istifadə olunan materiallar, görülən iş və sərfiyyat barədə hesabat hazırlayıb təqdim etmək.Namizədə dair tələblər:18 yaşından yuxarı olmaq.Tam orta təhsil; sahə üzrə sertifikatın və ya tibb sahəsində təhsilin olması üstünlük təşkil edir.Dezinfeksiya sahəsində minimum 2 – 3 il iş təcrübəsinə malik olmaq.Kimyəvi maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət etməkKimyəvi maddələrin hazırlanması və qarışdırılması zamanı müvafiq təlimatlara ciddi şəkildə əməl etmək.Püskürtmə, sis yayma, gel tətbiqi və digər aparat və avadanlıqlarla işləmək bacarığına malik olmaq.Gigiyena və sanitariya normaları üzrə baza biliyinə sahib olmaq.Komanda ilə işləməkVerilən tapşırıqları vaxtında icra etməkTəminatlar:Nahar şirkət tərəfindən verilir;İş qrafiki: 5 günlük;Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;Əmək haqqı: Razılaşma əsasında.Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Dezinfektor” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
