Vakansiya haqqında
TəsvirDərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması üçün kontragentlərlə danışıqların aparılması;Sənədlərin yerli qanunvericiliyin tələbləri əsasında toplanması, təhlili;Yerli dövlət orqanına qeydiyyat müraciətinin həyata keçirilməsi, ekspertiza prosesinin izlənilməsi və qeydiyyat vəsiqəsi alınanadək aparılan qeydiyyat prosedurunun yerinə yetirilməsi;BAQM (Bioloji aktiv qida məhsulu) tərkiblərinin analizi;Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərin təhlili, dərman vasitəsi olub-olmamasıyla bağlı rəyi təmin edən dövlət orqanına müraciətin həyata keçirilməsi və rəyin alınması;BAQM-nun dövlət reestrinə salınmasının təmin edilməsi;Azərbaycan Respublikasının Dərman Vasitələri Haqqında Qanununun hər hansı dəyişikliklərinin izlənilməsi və analizi;Razılaşma şərtlərində qeyd edilən zaman çərçivəsində kontragentlərə qanunda baş vermiş hər hansı dəyişikliklə bağlı məlumatın yazılı formada bildirilməsi;Yeni kontragentlərlə razılaşmanın tərtibatı zamanı qeydiyyat proseduruyla bağlı dəstəyin göstərilməsi.TələblərTəhsil Ali - Tibb sahəsi üzrə;Dil bilikləri: Rus və İngilis dili (orta səviyyədə);Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;Analitik qabiliyyət və problem həll etmə bacarığıMicrosoft Office proqramları;Yazılı və şifahi ünsiyyət bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
