Vakansiya haqqında
Təsvir· Filial və Müştəri Xidməti Strukturlarında aparılan bank əməliyyatlarının daxili prosedur, tarif və qanunvericiliyə uyğunluğunu yoxlamaq və nəzarətdə saxlamaq;· Kredit, əmanət, köçürmə, POS-terminal, ATM və digər əməliyyatlar üzrə düzgünlük və komissiyaların tətbiqinə nəzarət etmək;· Əməliyyat risklərini və işçi səhvlərini təhlil etmək, onların qarşısının alınması üçün nəzarət tədbirləri təklif etmək;· Şübhəli (fraud) əməliyyatları araşdırmaq və uyğun tədbirlərin görülməsinə nəzarət etmək;· Audit yoxlamaları zamanı aşkar edilən nöqsanların aradan qaldırılması prosesini izləmək və təkrarlanmamasına nəzarət etmək;· Gündəlik əməliyyat sənədlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesabatların hazırlanmasında iştirak etmək.Tələblər· Ali təhsil (iqtisadiyyat, maliyyə sahəsinə üstünlük verilir);· Bank əməliyyatları və nəzarət funksiyası üzrə minimum 3 il iş təcrübəsi;· Azərbaycan Respublikası qanunvericiliyi və AR Mərkəzi Bankının normativ sənədləri üzrə biliklər;· Analitik düşünmə qabiliyyəti, diqqətlilik və detallara önəm vermə bacarığı;· Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları;· MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
