Vakansiya haqqında
Vakansiya haqqındaRiyaziyyət, statistika, kompyuter elmlərini anlayan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyətinə malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz, təcrübə müddəti ərzində məlumat toplama, təmizləmə və hazırlama,statistik və Machine Learning modellərinin tətbiqi, məlumat analizi və başqa müvafiq istiqamətlər üzrə təcrübələr qazanacaqsınız. Python, SQL, Tableau kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.TələblərMagistr tələbələri və ya universiteti yeni bitirmiş məzunlar;Ali təhsil ( Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);Machine Learning, SQL/PL SQL, Python proqramlaşdırma dili üzrə biliklər;Tableau bilikləri arzuolunandır;Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.ÖhdəliklərYeni texnologiyalarla, qabaqcıl analitik modellərlə tanış olmaq;Biznesin inkişafı üçün yeni analitik modellərin qurulmasında dəstək olmaq.Təklif olunanlarBacarıqlarınızı inkişaf etdirin və maliyyə texnologiyasında istifadə olunan ən son alətlər ilə tanış olun;Böyük və güclü komanda ilə işləmək imkanı əldə edin;Biliklərinizin real iş mühitində necə tətbiq olunduğunu kəşf edin və fintex sənayesinin dinamik mühitinə dair anlayış qazanın.HaqqımızdaBiz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
