Vakansiya haqqında
Biz Data Analitik axtarırıq ki, satış, əməliyyat və maliyyə sahələrində daha ağıllı, məlumat əsaslı qərarların qəbuluna dəstək versin.Əsas vəzifələr:Şirkətin məlumatlarını toplamaq, təmizləmək və təhlil edərək performans meyllərini və nəticələri müəyyənləşdirmək.İdarəetmə üçün mütəmadi hesabatlar və vizual panellər (dashboardlar) hazırlamaq.Satış və əməliyyat komandalarına məlumat əsaslı təkliflər təqdim etmək.Məlumatların düzgünlüyünü təmin etmək və davamlı təkmilləşmə sistemləri qurmaq.Tələblər:İqtisadiyyat, Statistika, Biznes və ya oxşar sahə üzrə bakalavr dərəcəsi.Güclü analitik bacarıqlar və Excel-də yüksək səviyyəli bilik (Power BI, Google Analitics, Tableau, Stata, R və ya digər program bilik və bacarıqları üstünlükdür).Diqqətlilik, detallara həssaslıq və rəqəmlərin arxasındakı nümunələri aşkar etmək marağı.Minimum 2 il müvafiq iş təcrübəsi arzuolunandır.Yer: Bakı, AzərbaycanNiyə Seratonia?Peşəkar dəyərlərə əsaslanan mühitdə işləyərək, təhlil və təkliflərinizlə biznesin real inkişafına birbaşa təsir göstərin.CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Data Analitik – Seratonia” başlığı ilə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
