Vakansiya haqqında
📍Kredit Evi ASC Copywriter axtarırıq!Yaradıcı düşüncəni strateji yanaşma ilə birləşdirən, sözlərin gücü ilə brend dəyəri yaradan və satış yönümlü məzmun hazırlamağı bacaran peşəkarları komandamıza dəvət edirik.Bu vəzifədə siz:Brendimizin Tone of Voice-na uyğun kommunikasiya mətnləri hazırlayacaq;Rəqəmsal platformalar və reklam kampaniyaları üçün effektiv kontent yaradacaq;Marketinq komandası ilə birlikdə güclü kommunikasiya strategiyasının formalaşdırılmasına töhfə verəcəksiniz.Sizdən gözləntilərimiz:Copywriting sahəsində minimum 1 il iş təcrübəsi;Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı;Rəqəmsal marketinq və sosial media kontenti üzrə təcrübə;Yaradıcı yanaşma, məsuliyyət və komanda ilə effektiv əməkdaşlıq.CV-i Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Copywriter” qeyd etməklə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
