Vakansiya haqqında
📍Agromotors Azerbaijan Namizədə tələblər:Kənd təsərrüfatı texnikası üzrə bacarıqlarKombayn və digər kənd təsərrüfatı texnikalarının texniki quruluşunu bilmək;Mövsümi texniki baxış və profilaktik servis işlərini yerinə yetirmək;Sahədə yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq;Texniki sənədlərdən, ehtiyat hissələri kataloqlarından və servis təlimatlarından istifadə etmək bacarığı.Hidravlik sistemlər üzrə bilik və bacarıqlarHidravlik sxemləri oxumaq və sistemin iş prinsipini anlamaq;Hidravlik nasazlıqların diaqnostikası və sızmaların aşkar edilməsi;Hidravlik silindirlərin sökülməsi, təmiri və yığılması;Hidravlik klapanların, nasosların, şlanqların və birləşdirici elementlərin yoxlanılması və dəyişdirilməsi;Təzyiq ölçmə cihazlarından istifadə etməklə hidravlik sistemlərin yoxlanılması.Mexaniki işlər üzrə bilik və bacarıqlarPodşipniklərin, salniklərin, diyircəkli valların, şesternaların və digər mexaniki hissələrin dəyişdirilməsi;Reduktor, ötürücü mexanizmlər və hərəkət sistemlərinin təmiri;Aqreqatların sökülməsi, yığılması və sazlanması;Bərkidici elementlərin düzgün sıxılma qaydalarına əməl edilməsi;Mexaniki nasazlıqların diaqnostikası və aradan qaldırılması.Elektrik sistemləri üzrə bilik və bacarıqlarElektrik sxemlərini oxumaq və nasazlıqları müəyyən etmək bacarığı;Qoruyucuların (sığortaların), elektrik açarlarının və elektrik klapanlarının yoxlanılması və dəyişdirilməsi;Elektrik naqillərində qırılma, qısaqapanma və kontakt problemlərinin diaqnostikası və aradan qaldırılması;Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;Sensorların, aktuatorların və digər elektrik komponentlərinin işləkliyinin yoxlanılması;Elektrik təhlükəsizliyi qaydalarına riayət edilməsi.Ümumi peşəkar bacarıqlarKomandada işləmək bacarığı;Məsuliyyətli, intizamlı və diqqətli olmaq;Problemləri analiz etmək və operativ həll yolu tapmaq bacarığı;İş planına uyğun vaxtında tapşırıqları yerinə yetirmək;Ezamiyyətlərə hazır olmaq;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;Müştərilərlə peşəkar ünsiyyət qurmaq və şirkəti layiqincə təmsil etmək.Üstünlük veriləcək namizədlər:Kənd təsərrüfatı texnikalarının təmiri sahəsində iş təcrübəsi olanlar;Elektrik və hidravlik sistemlər üzrə əlavə təlim və sertifikatlara malik olanlar;A\B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olanlar.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
