Vakansiya haqqında
TəsvirƏgər sən möhkəm tərəfdaşlıq münasibətləri qurmaq bacarığına sahibsənsə, danışıqlar aparmaq sənətini bilirsənsə və e-commerce sahəsində əsas kateqoriyaların inkişafına töhfə vermək istəyirsənsə, onda “Business Development” komandamıza xoş gəlmisən! İşləyə biləcəyin kateqoriyalar:Computing & GamingFood & GroceryMom & KidsPetcareHomeDIY & GardenAutomotiveSport İşə qəbul prosesindən sonra, təcrübənə və maraqlarına əsasən konkret kateqoriya müəyyən olunacaq. Nə ilə məşğul olacaqsan?:Tərəfdaş təchizatçılar portfeli ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;Satıcıların performans göstəricilərinin analizi: GMV, məhsul çeşidi, qiymət siyasəti, mövcudluq;Yeni kommersiya imkanlarının təşəbbüsü: eksklüzivlər, sərfəli təchizat modelləri, aksiyalar və s.;Müqavilə şərtlərinin optimallaşdırılması, danışıqların aparılması və razılaşmaların yenidən nəzərdən keçirilməsi;Təchizatçılarla birgə reklam kampaniyalarının və aktivasiyaların həyata keçirilməsi;Məlumatlarla işləmək: KPI-ların monitorinqi, hesabatların təqdim olunması və analiz əsasında qərarların verilməsi;Ümumi məqsədlərə çatmaq üçün kateqoriya meneceri və başqaları ilə birgə əməkdaşlıq. TələblərE-commerce / satış / category management / FMCG sahəsində 3+ il iş təcrübəsi;Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığı;Satınalma, tərəfdaşlıq və satış analitikası proseslərini dərindən anlamaq;Excel, Google Sheets və analitik alətlərdə sərbəst işləmək bacarığı;Marketinq, menecment, iqtisadiyyat və ya yaxın sahələr üzrə ali təhsil;Rus və ya İngilis dillərindən birində yaxşı səviyyədə bilik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
