Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Böyük satınalma mütəxəssisi

BakıMənbə: Work.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:RFQ (Qiymət Sorğusu), RFP (Təklif Sorğusu) və tender sənədlərinin hazırlanması prosesində iştirak etmək, tender paketlərini formalaşdırmaq və sənədlərdəki uyğunsuzluq və səhvləri müəyyən etmək;Subpodratçıların ilkin seçim (Pre-Qualification) prosesini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək, onların iş təcrübəsini və uyğunluğunu araşdırmaq və qiymətləndirmək;İddiaçı siyahılarının, müqayisə cədvəllərinin, tender tövsiyələrinin, tender sonrası aydınlaşdırmaların, tender qiymətləndirmələrinin və digər tender sənədlərinin hazırlanmasını və təqibini həyata keçirmək;Tender qalibi müəyyən edilmiş şirkətlərlə müqavilələrin imzalanması prosesini koordinasiya etmək;Texniki və Layihə komandalarından daxil olan qiymət sorğularını araşdırmaq və müvafiq məhsul və xidmətlər üzrə bazar qiymətlərini təhlil etmək;Mövcud subpodratçılarla işgüzar münasibətləri idarə etmək və yeni potensial subpodratçıların cəlb olunmasını təmin etmək;Tender jurnalını (Tender Log) mütəmadi olaraq yeniləmək və məlumatların aktuallığını təmin etmək;Tender və satınalma prosesləri üzrə müvafiq hesabatları hazırlamaq və təqdim etmək.Tələblər:Ali təhsil: biznesin idarə edilməsi, maliyyə və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;İş təcrübəsi : Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi ;Tikinti metodları, tender prosedurları, tikinti və layihə idarəetməsinin əsasları, habelə əsas müqavilə növləri üzrə biliklər;Təchizat proseslərinin əsas qayda, prosedur və prinsipləri üzrə biliklər; Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması istiqamətində təkliflər vermək bacarığı;Tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası üzrə bacarıqlar;MS Office proqramlarında, xüsusilə Microsoft Excel-də yaxşı səviyyədə işləmək bacarığı;ERP sistemləri ilə iş təcrübəsi;Bazar araşdırması və analitik təhlil bacarığı;Əlavə məlumat:İş qrafiki: 5/2, 09:30-18:30Nahar şirkət tərəfindən təmin edilirƏmək haqqı: 2300-3000 AZN (NET)Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Böyük satınalma mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.