Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Boya və Maye İnşaat qarışıqları üzrə mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvir1. Tədbirlərdə Boya və digər Maye İnşaat Qarışıqları məhsullarının təqdimatı və tanıdılması:Şirkət tərəfindən təşkil olunan sərgilər, təqdimatlar, seminarlar və digər ictimai tədbirlərdə boya və digər maye inşaat qarışıqları məhsullarının texniki və funksional xüsusiyyətlərini ətraflı şəkildə təqdim etmək.Məhsulların tətbiq sahələri, üstünlükləri və fərqləndirici cəhətləri haqqında iştirakçılara ətraflı məlumat vermək.Mövcud və potensial müştərilərin suallarını cavablandırmaq və onları məhsulların düzgün istifadəsi barədə məlumatlandırmaq.2. Satış təmsilçilərinə və müştərilərə nəzəri və praktiki təlimlərin təşkili və keçirilməsi:Satış komandası və distribyutorlar üçün məhsul təlimatları hazırlamaq və onları Boya məhsullarının xüsusiyyətləri, tətbiqi və düzgün istifadəsi barədə məlumatlandırmaq.Müştərilərlə birbaşa görüşlərdə və ya xüsusi təlim sessiyalarında məhsulların istifadəsi üzrə praktiki nümayişlər təşkil etmək.Təlim iştirakçılarının texniki suallarını cavablandırmaq, tətbiq zamanı rast gəlinə biləcək problemləri izah etmək və həll yollarını göstərmək.3. Maye İnşaat Qarışıqları istehsalı sahəsində təcrübənin tətbiqi və dəstəklənməsi:İstehsalat prosesində məhsul tərkibinin optimallaşdırılması, keyfiyyətə nəzarət və yeni formulaların hazırlanması işlərində iştirak.MİQ məhsullarının hazırlanmasında istifadə olunan xammalların texniki xüsusiyyətlərini nəzərə alaraq uyğun formulaların hazırlanması.İstehsalat sahəsində aparılan sınaqların nəticələrinin analiz edilməsi və bu nəticələr əsasında məhsulun təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.TələblərTəcrübə: ən az 3 ilTəhsil: Ali (kimya sahəsində təhsil üstünlükdür)Dil bilikləri:Türk (ingilis dili üstünlükdür)Texniki bilik, prezentasiya və natiqlik qabiliyyəti olmalı;MİQ məhsullarının istifadəsini mükəmməl bilməli;Boya və digər Maye İnşaat qarışıqları istehsalı üzrə təcrübəMS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.Fikrini izah etmək qabiliyyəti İşə planlı yanaşması Ünsiyyət yaratmaq bacarığı Xaricdə işləmək imkanı İş şəraiti:6günlükİstirahət bazar günüÜnvan: Xətai 34 (Luxen Plaza)Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)Şəhərin mərkəzində ofisBonus sistemiPeşəkar inkişaf üçün təlimlər və seminarlar.Dinamik və gənc komanda ilə iş imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.