Vakansiya haqqında
Təsvir"LTC Lab" – gələcəyin peşəkarlarını yetişdirən, süni intellekt dahisi Lütfi Zadənin adını daşıyan innovativ təlim mərkəzidir. Ən son öyrənmə metodları, güclü təlimçi heyəti və müasir kampusu ilə Xəzər regionunun aparıcı təhsil platformasına çevrilməyi hədəfləyirik. Burada hər bir bilik həvəsi olan şəxs üçün inkişaf, əməkdaşlıq və yaradıcı mühit təmin olunur. AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən LTC Lab brendinə aid tədris mərkəzi "Biznesin inkişafı üzrə menecer" vakansiyasını elan edir. Əgər təlim və inkişaf sahəsində çalışmaq, yeni tərəfdaşlıqlar qurmaq, satış və bazar genişlənməsi ilə məşğul olmaq istəyirsinizsə – komandamıza qoşulun! Vəzifə öhdəlikləri:Yeni müştərilərin və tərəfdaşların axtarışı və cəlb edilməsiSatış strategiyalarının hazırlanması və tətbiqiBazar araşdırmaları aparmaq və yeni imkanları müəyyənləşdirməkTəlim proqramlarının tanıdılması və təqdimatıMarketinq və satış komandası ilə sıx əməkdaşlıqMüştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə əlaqələrin qorunmasıTələblərNamizəddən gözləntilərimiz:Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahələr üzrə arzuolunandır)Biznesin inkişafı və satış sahəsində minimum 2 il iş təcrübəsiYüksək kommunikasiya və təqdimat bacarığıNəticə yönümlü və təşəbbüskarKomanda ilə işləmə bacarığıAzərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
