Vakansiya haqqında
Təsvir· Rəqəmsal marketinq fəaliyyətini planlaşdırmaq və həyata keçirmək (Veb, SEO, sosial media, GDN), kontent marketinqinin koordinasiyası;· Rəqəmsal kanallarda reklamları təhlil etmək, hesabat hazırlamaq və qiymətləndirmək ;· Veb saytın texniki təhlili, açar sözlərin (keyword) araşdırılması və optimizasiya işlərinin görülməsi;· Bankın veb saytında istifadəçi yolunu (user journey) analiz etmək və təkmilləşdirmək, müştəri təcrübəsinin optimallaşdırılması;· Onlayn satışların gücləndirilməsi, brendin rəqəmsal imicinin formalaşdırılması üzrə işləri görmək;· Yeni texnologiyaları və trendləri müəyyənləşdirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq.Tələblər· Marketinq və ya müvafiq sahə üzrə magistr dərəcəsi;· Rəqəmsal marketinqdə ən az 2-3 il iş təcrübəsi;· SEO sahəsi, effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə;· Sayt analitikası, məhsul səhifələri (landing pages) və istifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə təcrübə;· Güclü analitik yanaşma və təhlillərə əsaslanma;· Rəqəmsal marketinq sahəsində yeni trendlər və ən yaxşı təcrübələr haqqında biliklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
