Vakansiya haqqında
Veyseloglu Group of Companies "Biznes və Maliyyə Analitik" vakansiyasını açıq elan edir. Namizədə tələblər-Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil.-IFRS üzrə yaxşı nəzəri və praktiki biliklər.-ACCA sertifikatlarının olması və ya ACCA proqramında aktiv təhsil alması üstünlükdür.-Güclü akademik baza və analitik düşüncə qabiliyyəti.-Maliyyə sahəsində minimum 1–1,5 il iş təcrübəsi.-İş təcrübəsinin ən azı beynəlxalq və ya yerli auditdən mütəmadi keçən (audit olunan) şirkətlərdə əldə olunması.-Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə ilkin praktiki təcrübə.-Excel proqramını yüksək səviyyədə bilməsi (Pivot Table, XLOOKUP/INDEX-MATCH, Power Query və s. üstünlükdür).-Məsuliyyətli, detallara diqqətli və öyrənməyə açıq olması. Vəzifə öhdəlikləri-Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.-Layihələr üzrə büdcələrin, forecast-ların və faktiki nəticələrin təhlilini aparmaq.-Layihə rentabelliyi, xərc strukturu və maliyyə göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq.-IFRS tələblərinə uyğun uçotun qurulması və tətbiqi prosesində iştirak etmək.-Yeni mühasibat uçotu siyasətlərinin və prosedurlarının hazırlanmasına dəstək vermək.-ERP sisteminin maliyyə modulunun qurulması və biznes proseslərinin xəritələndirilməsi layihələrində iştirak etmək.-Maliyyə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün nəzarət prosedurlarını dəstəkləmək.-Müqavilələr, investisiya layihələri və digər biznes təşəbbüsləri üzrə maliyyə təhlilləri hazırlamaq.-NPV, IRR, Payback Period və digər investisiya göstəricilərinin hesablanmasında iştirak etmək.-Büdcə, xərc nəzarəti və pul vəsaitlərinin planlaşdırılması proseslərinə dəstək vermək.-Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq.-Maliyyə məlumatlarının avtomatlaşdırılması və analitik hesabatlılığın təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək.-Rəhbərlik üçün operativ və strateji qərarların qəbulunu dəstəkləyən təqdimatlar və analitik materiallar hazırlamaq.-CFO tərəfindən verilən digər maliyyə, analitika və transformasiya layihələrini icra etmək.İş Şərtləri- İş məkanı: Azure Plaza- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə- İş rejimi: 5 gün (Həftəiçi)- Nahar: Təmin edilir- Servis xidməti MövcuddurKaryerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Biznes və Maliyyə Analitik” qeyd etməklə öz CV-formalarını Career@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
