Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Biznes prosesləri üzrə mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Ümumi məlumat: Biznes prosesləri (BP) üzrə mütəxəssis təşkilatın fəaliyyət səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Onun əsas vəzifəsi mövcud iş axınlarını təhlil etmək, təkmilləşdirmə sahələrini müəyyənləşdirmək və ümumi səmərəliliyi, məhsuldarlığı və keyfiyyəti artırmaq məqsədilə dəyişikliklər həyata keçirməkdir. BP mütəxəssisi bölmələrarası komandalar, maraqlı tərəflər və rəhbərliklə əməkdaşlıq edərək prosesləri sadələşdirir, xərcləri azaldır və təşkilatın məqsədlərinə nail olmağa kömək edir. Vəzifə öhdəlikləri:Prosesin giriş və çıxışlarını, ardıcıllığını və qarşılıqlı əlaqələrini, bu proseslər üçün tələb olunan resursları, məsuliyyətləri, riskləri və imkanları müəyyən etmək;Bu proseslərin səmərəli işləməsini və idarə edilməsini təmin etmək üçün zəruri meyar və metodları müəyyənləşdirmək və tətbiq etmək;İş axınlarını sənədləşdirmək üçün proses xəritələşdirmə (process mapping) üsullarından istifadə etmək;Mövcud iş axınlarının güclü və zəif tərəflərini anlamaq üçün məlumatları təhlil etmək və nəticələr çıxarmaq;Ümumi məhsuldarlığı artırmaq məqsədilə iş axınları, prosedurlar və sistemlər üzrə dəyişikliklər təklif etmək;Proses sənədlərinin əlaqədar tərəflər üçün əlçatan və anlaşılan olmasını təmin etmək;Tələbləri başa düşmək və proseslərin təkmilləşdirilməsinə rəy əlavə etmək üçün bölmələrarası komandalar və əsas maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;Təklif olunan dəyişiklikləri əks etdirən proses modelləri, diaqramlar və sənədlər hazırlamaq;Biznes proseslərini təkmilləşdirə və avtomatlaşdıra biləcək texnoloji həlləri qiymətləndirmək və tövsiyə etmək;Həyata keçirilmiş proseslərin fəaliyyətini izləmək və qiymətləndirmək, əlavə təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək.Tələblər:Mühəndislik/ Biznesin idarə olunması sahəsi üzrə ali təhsilYaxşı səviyyədə ingilis dili biliyi2 il iş tərcrübəsi (neft-qaz sektorunda olması üstünlükdür)Biznes proseslər və blok-sxemlər barədə əsas anlayışlar və proseslərin təhlili bacarığıVakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.