Vakansiya haqqında
📍Golden Pay Vakansiyanın tələbləri: Təhsil: Magistr təhsili; Rəqəmsal xidmətlərin inkişafı sahəsində Biznes analitik kimi 1-2 il təcrübə; Biznes tələblər və texniki sənədlərlə iş təcrübəsi; Rəqəmsal maliyyə texnologiyaları barədə biliklərin olması; İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti; Güclü analitik düşünmə qabiliyyəti; Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması. Vəzifə öhdəlikləri: Yeni rəqəmsal məhsul və xidmətlərin yaradılması ,habelə ənənəvi maliyyə məhsullarının rəqəmsallaşdırılması istiqamətində işləri təşkil etmək; İstifadəçi qəbulu sınaqlarını (UAT) aidiyyati struktur bölmələr ilə birlikdə həyata keçirmək və funksionallığı təhvil vermək;Texniki xətaları, biznes proseslərdə boşluqları müəyyənləşdirmək və aradan qaldırılması üçün tətbirlər görmək; Proseslərin optimallaşdırılmasında rəqəmsal həllərin tətbiqi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;Rəqəmsal üzrə zəruri sənədləri tərtib etmək (flow, diagram,istifadəçi use case-ları, iş planı, texniki tələblər və s.);Biznes proseslərin effektivliyinin qiymətləndirilməsi;Yeni rəqəmsal xidmət və məhsullar üçün tələblərin formalaşdırılmasında müvafiq Biznes, əməliyyat, texniki struktur bölmələri və kənar təchizatçılarla birgə fəaliyyəti təşkil etmək;Verilən biznes tələbləri təhlil etmək, zənginləşdirmək və texniki tələbləri formalaşdırmaqYerli və xarici bazarlarda yeni maliyyə texnologiyalarını araşdırmaq və tətbiqi üçün təkliflər hazırlamaq. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
