Vakansiya haqqında
Təsvir"Bilik Səfəri" Regional İnkişaf Layihəsi nədir? Layihə bölgələrdə müasir əmək bazarının tələbi olan Texnoloji inkişaf və Əlaqə mərkəzi sahələri üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyir. Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək. Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək. “Bilik səfəri” layihəsi, ilkin olaraq, Gəncə şəhərində həyata keçiriləcək. Gəncə və ətraf bölgələrdə yaşayan:bakalavr təhsilinin son ilində olan tələbə və məzunlar;magistratura tələbələri;iş təcrübəsi 10 ilə qədər olan şəxslər layihədə iştirak üçün müraciət edə bilərlər. TələblərSizdən nə tələb olunur? Xarici dillər: Azərbaycan dili, İngilis və Rus dilləri (üstünlük verilir)Kompüter bilikləri: Microsoft Office Proqramları (Word, Excel, PowerPoint) üzrə biliklər arzu olunandırTəhsil: Sonuncu kurs bakalavr və hazırkı magistratura tələbələri, eləcə də 10 ilədək iş təcrübəsinə malik mütəxəssislərSoft bacarıqlar: Effektiv kommunikasiya, komanda işi, motivasiya, analitik düşünmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
