Vakansiya haqqında
TəsvirBölmə rəhbəri və Baytar həkimin tapşırığı ilə heyvandarlıqda baytarlıq tədbirləri aparılmasını təmin edirBaytar həkimin təyinatı üzrə xəstə heyvanların müalicəsində profilaktik tədbirləri icra edir;Hevanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri icra edir;Xəstə heyvanların ümumi sürüdən ayrılmasını təmin edir;Təsərrüfatda mövcud heyvanların vəziyyətini nəzarətdə saxlayır və problemlər barədə bölmə rəhbəri və baytar həkimə məlumat verir;Doğuş prosesində iştirak edən baytar feldşer doğuşu qəbul edir, ehtiyac olduqda kömək üçün çətin doğuşlarda baytar həkimi doğuşa çağırır;Doğulmuş balaya ilkin qulluq və baytarlıq müdaxilə işlərini icra edir;Heyvana doğuşdan sonra baytarlıq tədbirlərini icra edir, yeni doğmuş heyvanların sağılması və ümumi vəziyyətini nəzarətdə saxlayır və müvafiq jurnallarda qeydlər aparır;Baytar həkimlərin işə müvafiq digər tələblərini və tapşırıqlarını yerinə yetirir;İcra etdiyi işlər üzrə baytarlıq qeydiyyat jurnallarında qeydlər aparır və tabe olduğu bölmə rəhbərini məlumatlandırır;Tələbata uyğun dərman və ləvazimatları qəbul edir, istifadə edir və müvafiq olaraq uçotunu aparır;İşlənmiş dərmanların boş qutularını silinmə üçün anbara geri təhvil verir;Vaksinasiya prosesində verilmiş təlimata uyğun olaraq prosesi icra edir;İş ərazisində sanitar və gigiyenik qaydalara riayət edir, ərazinin təmiz saxlanılmasına məsuldur.Tələblər Baytarlıq sahəsində orta ixtisas və ya ali təhsil (üstünlük verilir).Baytar köməkçisi vəzifəsində minimum 6 ay iş təcrübəsi.Səliqəli, dəqiq və məsuliyyətli olmaq.Komanda ilə işləmək bacarığı.Heyvan anatomiyası bilikləri.Gigiyena və sanitar qaydalara riayət etmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
