Vakansiya haqqında
📍Respublika Diaqnostika Mərkəzi Tələblər: Xanım namizədlərAli təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahələr üzrə);Yaş həddi – 25-40MS Office proqramları üzrə yüksək bacarıqlar;1C üzrə biliklər; Mühasibat uçotu üzrə biliklər;İdarəetmə, yüksək analitik bacarıqlar;Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;Müvafiq vəzifədə minimum 2-3 il iş təcrübəsi olanlara üstünlük verilir;AKGÜN proqramı üzrə biliklər (arzuolunan)Vəzifə öhdəlikləri: Heyətə nəzarət: Növbəli iş qrafiklərinin təşkili, tabeliyində olan xəzinədarların işinin izlənilməsi, onlara metodiki dəstəyin göstərilməsi.Kassa əməliyyatları: Nağd vəsaitlərin, qiymətli kağızların mədaxil (qəbul) və məxaric (verilmə) edilməsi.Hesabatlılıq: Gün sonu hesabatlarının (Z-hesabat) çıxarılması, kassa kitabının aparılması və faktiki qalıqların yoxlanılması.Inkassasiya: Yığılan pul vəsaitlərinin təhlükəsiz şəkildə sayılıb inkassasiyaya (banka təhvil verilmək üçün) hazırlanması.Sənədləşmə: Bütün Nağd əməliyyatların mühasibatlıq proqramlarında düzgün əks etdirilməsi, təsdiqedici sənədlərin arxivləşdirilməsi. Xəta və çatışmazlıqların idarəsi: Kassa kəsirlərinin və ya artıqlarının araşdırılması, müştəri şikayətlərinin və ya çətin ödəniş hallarının həll edilməsiDaxili nizam-intizam qaydalarına əməl edilməsi.İşgüzar problemlər və qayda pozuntuları haqqında struktur rəhbərinə vaxtında düzgün məlumatın verilməsi.İş şəraiti:İş qrafiki – həftədə 5 iş günüİş saatları – 09:00-18:00Əmək haqqı – 1500-2000 AznÜnvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147Azərbaycan Respublikası Əmək Qanunvericiliyə uyğun rəsmiləşməMaraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
