Vakansiya haqqında
TəsvirƏmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, xitam, vəzifə dəyişikliyi və s. aidiyyəti işləri yerinə yetirir;Şöbədə kargüzarlıq işlərinin qanunvericiliyə uyğun aparılmasını təmin edir, işçilərin şəxsi işlərini formalaşdırır, aparır və aparılmasına nəzarət edir;İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;Kadrların seçilməsi və düzgün yerləşdirilməsi üzrə işlərdə iştirak edir;Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;Yeni əməkdaşların adaptasiya qaydalarına əsasən fəaliyyətini əlaqələndirir, adaptasiya tədbirlərində iştirak edir;Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;İşçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, lazım olan materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir.İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edir;Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;Kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrinin əmək qanunvericiliyinə uyğunluğunu təmin edir və yoxlayır;1C və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir; TələblərTəhsil pilləsi (minimum): BakalavrTəhsil ixtisası: Sosial,hüquq vəya iqtisad üzrə olması məqsədə uyğundurİş təcrübəsi (minimum): İnsan Resursları üzrə minimum 5 il Dil bilikləri: Azərbaycan dili Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları, ƏMAS, 1C VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:Təşkilatçılıq bacarığı;İşə planlı yanaşma bacarığı;Analitik düşünmə qabiliyyəti;Problemi həll etmək bacarığı;Ünsiyyət bacarığı;Məsuliyyətli və punktual olmaq;Komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
