Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Xirman MMC

Baş mühasibin müavini

BakıMənbə: Work.az

Vakansiya haqqında

Baş mühasibin müaviniVəzifə öhdəlikləri:• İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.• İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.• Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.• Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.• Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.• Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.• Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.• Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.• Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.• Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.• Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi.Tələblər:• Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)• Microsoft Office proqramlarını bilmək;• Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)• Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;• Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;• Balansın çıxarılması üzrə bilikləri olmalı;• Yaş həddi: 28-45;• Dil bilikləri : Azərbaycan-dili (rus-dili, ingilis-dili arzu olunandır)Digər Məlumatlar:• İş qrafiki: 6 günlük• Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək• Ünvan: Binəqədi yolu 100• Nahar şirkət tərəfindən verilirQeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini shahla.najafova@xirman.az ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur. Əlaqə 0552931339

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.