Vakansiya haqqında
📍CCN İnşaat komandamıza peşəkar və məsuliyyətli Baş Mühasib və Vergi Mütəxəssisi axtarır.İşin təsviriMühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.Vəzifə üzrə tələblərMaliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı;Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd etməklə ibabayeva@ccninsaat.com və mdurak@ccninsaat.com elektron poçt ünvanlarına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
