Vakansiya haqqında
📍Melissa Groupİş şəraiti:İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənirƏməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkİş yeri: “Melissa Group” (Baş ofis)Vəzifə öhdəlikləri:Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;Vergi və əmək qanunvericiliyinin tətbiqi;Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək;Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək;Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.Vəzifə ilə bağlı tələblər:Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)Supermarket və ya pərakəndə satış sahəsində baş mühasib kimi minimum 1 il iş təcrübəsi olmaqla ümumi minimum 3 il iş təcrübəsi;Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;Peşəkar Mühasib Sertifikatı;Komandada işləmə bacarığı.Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
