Vakansiya haqqında
📍Groupone “Groupone” MMC şirkəti “Baş mühasib” vəzifəsinə vakansiya elan edir:Vəzifə öhdəlikləri:Maliyyə, mühasibat və vergi uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq standartlarına uyğun təşkil edilməsi və idarə olunması;Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatları, eləcə də vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim olunması;Aylıq, rüblük və illik maliyyə hesabatlarının, idarəetmə hesabatlarının və dövr bağlanışı əməliyyatlarının vaxtında həyata keçirilməsi;Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi;Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi;Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi;Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi;Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili;Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması;Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi;Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiya edilməsi və tabeçilikdə olan əməkdaşlara metodiki dəstəyin göstərilməsi.Tələblər:Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;Baş mühasib və ya maliyyə sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;Peşəkar mühasib sertifikatının olması mütləqdir;Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və beynəlxalq standartları üzrə dərin biliklər;MS Office proqramlarında, xüsusilə Excel-də və 1C mühasibat proqramında peşəkar işləmə bacarığı;Azərbaycan dili sərbəst, xarici dil biliyi üstünlükdür;Analitik düşünmə, liderlik, komanda idarəetmə və qərarvermə bacarıqları.Təminatlar:Nahar şirkət tərəfindən verilir;İş yeri: Bakı şəhəri; Globus Centerİş qrafiki: 5 günlük;Əmək haqqı: 2500-3000 AZN. Uyğun namizədlər öz cvlərini “Baş Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
