Vakansiya haqqında
📍TAXVİBE MMC İş barədə məlumatŞirkət tərəfindən təklif olunur:AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat;Peşəkar və mehriban kollektiv;Karyera və peşəkar inkişaf imkanları;Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd etməklə taxvibe.mmc@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.ÖhdəliklərVəzifə Öhdəlikləri: Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə və MHBS-ə (Milli/Beynəlxalq Mühasibat Uçotu Standartları) uyğun olaraq mühasibat uçotunun aparılması;Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) hesabatların (ƏDV, Mənfəət, Gəlir vergisi, Sadələşdirilmiş, rüblük və illik hesabatlar) vaxtında və düzgün hazırlanması və təqdim edilməsi;Elektron Qaimə-Fakturaların, hesablama fakturalarının tərtib edilməsi və sistemə işlənməsi;Bank və kassa əməliyyatlarının, əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələrinin hesablanması və ödənişlərin icra edilməsi;Gömrük bəyannamələri və idxal/ixrac əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;Şirkətin debitor və kreditor borclarının izlənilməsi, üzləşmə aktlarının tərtib edilməsi;Daxili maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) rəhbərliyə təqdim olunması;Vergi orqanlarından gələn məktubların, bildirişlərin və uyğunsuzluqların vaxtında cavablandırılması.TələblərTəhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali təhsil;İş təcrübəsi: Baş mühasib və ya aparıcı mühasib postunda minimum 5 il iş təcrübəsi;Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) olması mütləqdirProqram bilikləri: 1C (8.3 versiyası), MS Office (xüsusilə Excel mükəmməl səviyyədə);Portal təcrübəsi: E-gov.az, e-taxes.gov.az, İTS portalı, bank və digər elektron dövlət portalları ilə mükəmməl işləmə bacarığı;Vergi, Əmək və Mülki qanunvericilik üzrə dərin biliklər;Analitik düşüncə, diqqətlilik, məsuliyyət və komanda ilə işləmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
