Vakansiya haqqında
📍Green City Resort & Residenceİş yeri: Green City Resort ResidenceÜnvan: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsiVəzifə öhdəlikləri:Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının tam və effektiv idarə olunması;Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətinin formalaşdırılması və tətbiqi;Hesablar planının və ilkin uçot sənədlərinin hazırlanması və təsdiqlənməsi;Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqi;Pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam və düzgün uçotunun aparılması;Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun təmin edilməsi;Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;Büdcənin hazırlanması, icrasına nəzarət və büdcə–fakt müqayisələrinin aparılması;Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;Vergi və DSMF ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin qanunvericiliyə uyğun aparılmasına nəzarət;Vergi, DSMF və Statistika hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi;Daxili maliyyə nəzarət və audit mexanizmlərinin qurulması və icrası;Bank əməliyyatları, kreditlər, lizinq və maliyyə institutları ilə işin təşkili;Müqavilələrin (icarə, satınalma, xidmət və s.) maliyyə baxımından yoxlanılması;İnventarizasiya proseslərinin təşkili və nəzarəti;Xarici və daxili audit proseslərində iştirak və koordinasiya;Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.Tələblər:Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə);Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel);IFRS bilikləri;ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;Vergi qanunvericiliyi və maliyyə analizi üzrə güclü biliklər;Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;Yüksək təşkilatçılıq, məsuliyyət və diqqətlilik;Komanda ilə işləmək və rəhbərlik bacarığı;Məsuliyyət və məxfilik prinsiplərinə riayət.İş şəraiti:Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir; (2000 azn və üzəri əmək haqqı)Servis, nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanı;Stabil və böyüyən layihədə çalışma imkanı;Rəhbərliklə birbaşa işləmək və strateji qərarlarda iştirak imkanı.Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə recruiter@greencity.az elektron poçt ünvanına və ya 0992062041 əlaqə nömrəsinə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
