Vakansiya haqqında
📍Paychi Group İş barədə məlumatŞəhər Bakı, Səbail ray., Əhməd Cavad 15Kateqoriya MühasibatMaaş 3000 - 4000 AZNİş rejimi 5 günlük iş qrafiki (09:00-18:00)Tam-ştatVəzifə öhdəlikləriMaliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək üçün mühasibatlıq şöbəsinə nəzarət etmək; Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək; Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək; İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək; Vergi ilə bağlı məsələlərdə həmkarlara məsləhət vermək və işçi heyətinə müvafiq sahə üzrə təcrübə ilə bölüşüb, koordinasiya etmək; Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək; Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək; 1C proqram təminatına nəzarət etmək və mühasibat uçotu metodologiyasındakı hər hansı səhv və ya anomaliyalar barədə hesabat vermək; Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərin nəzərdən keçirib nəzarət etmək; Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını müəyyən etmək üçün araşdırmaları aparmaq; Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək; Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq; Ehtiyac olduqda büdcə və proqnozların hazırlanmasında iştirak etmək; Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək; Tələb olunan bilik və bacarıqlar: Təhsil AliYaş: 30-50 5 il ve daha cox İş stajı Maliyyə sahəsində Ali təhsil Azərbaycan Respublikası Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli; Azərbaycan Respublikasının qanunvericilik aktları; ACCA sertifikatlarının olması arzu olunandırPMS sertifikatlarının olması müəssisədə maliyyə işinin təşkili prinsipləri; maliyyə aktivlərinin, gəlirliliyinin və riskinin qiymətləndirilməsi metodları; vergitutma prinsipləri və qaydası, Azərbaycan Respublikasının vergi qanunvericiliyi; maliyyə və mühasibat standartları və hesabat; MS Excel, MS Word, MS Outlook (əla); 1C proqramı yüksək səviyyədə bilmək;Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq; Dil bilikləri: Azərbaycan dili - Əla Rus dili-Yaxşıİngilis dili- üstünlükdür Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
