Vakansiya haqqında
📍ASPM İş yeri: Sumqayıt şəhəriStruktur bölmə: Maliyyə Departamenti / Mühasibatlıq şöbəsiVəzifə öhdəlikləri: Alış və satış qaimələrinin (xammal, ehtiyat hissələri, hazır məhsul) mühasibat uçotu sistemində düzgünlüyünün yoxlanılması və uçota alınması;İstehsal, inzibati və kommersiya xərclərinin məsrəf yerləri üzrə düzgün təsnifatı və uçotunun aparılması;Debitor və kreditor borclar üzrə üzləşmələrin hazırlanması, yoxlanılması və fərqlərin aradan qaldırılması;Ay bağlanışına hazırlıq, müxbir hesabların bağlanması, aylıq dövriyyə-balan cədvəllərinin və balansın tərtib edilməsi;Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.), statistika və digər rəsmi hesabatların qüvvədə olan qanunvericiliyə uyğun hazırlanması və təqdim edilməsi;Anbar qalığı, istehsal həcmləri və məhsulun maya dəyəri üzrə hesabatların hazırlanmasında iştirak;Birbaşa və struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.Namizədə tələblər:Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;İstehsal müəssisələrində, üstünlük olaraq metaləritmə və ya ağır sənaye sahəsində minimum 2 il iş təcrübəsi;Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Qanun və digər normativ-hüquqi aktlar üzrə biliklər;1C, Logo və ya analoji mühasibat proqramlarında işləmək bacarığı;MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;Peşəkar Mühasib Sertifkatının olması mütləqdir;Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, işgüzar etika qaydalarına riayət etmək bacarığı;Məxfi məlumatlarla işləmə və kommersiya sirrinin qorunması bacarığı.İş şəraiti:Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;5 günlük iş qrafiki;Rəqabətədavamlı əməkhaqqı;Peşəkar inkişaf və təlim imkanları.Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində “Baş Mühasib” qeyd edilməsi vacibdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
