Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Baş mexanik (Yevlax)

YevlaxMənbə: Work.az

Vakansiya haqqında

📍Azərşəkər LLCVəzifə öhdəlikləri:Traktorlar, kombaynlar, özüyığan maşınlar, çiləyicilər, qoşqu və asılan aqreqatlar, yük texnikası və xüsusi mexanizmlər daxil olmaqla bütün texnika parkının işlək və saz vəziyyətdə olmasını təmin edir.Texnikanın istismar qaydalarını və texniki tələbləri hazırlayır və tətbiq edir.Gündəlik istismara nəzarət edir: işə buraxılma, dayandırılma, saxlanma, mövsümi konservasiya və texniki hazırlıq.Hər bir texnika üçün illik və mövsümi texniki xidmət planını tərtib edir.Motosaat, yüklənmə və mövsümə görə xidmət intervallarını müəyyən edir.Mövsümlər üzrə texnikanın tam hazırlığını təşkil edir: səpinə hazırlıq, becərmə mövsümü, yığım mövsümü, payız hazırlığı.Gündəlik və həftəlik təmir planlarını tərtib edir, təcili nasazlıqları və planlı xidmətləri balanslaşdırır.Yağların, filtrlərin, kəmərlərin, zəncirlərin, işçi orqanların dəyişdirilməsini təşkil edir.Mühərrik, transmissiya, hidravlika, şassi və aqreqatların təmirinə rəhbərlik edir.Modul və detalların bərpası üçün ustalardan – qaynaq, torna, pres, mexaniki yığım düzgün istifadəni təmin edir.Çilingərlər, hidravliklər, elektrik və qaynaqçılara rəhbərlik edir.Heyətin iş bölgüsünü həyata keçirir.Növbəli və tam olmaqla iş qrafiklərini təşkil edir, təmir tapşırıqlarının prioritetlərini müəyyən edir.Təmir emalatxanalarının, qaynaq postlarının, dəzgahların, qaldırıcı avadanlıqların işini təmin edir.Servis qruplarının alətlərlə təmin olunmasına nəzarət edir.Mobil servis maşınlarının və sahə təmir briqadalarının çalışmasını təşkil edir.Bütün texnika üçün kritik ehtiyat hissələrinin siyahısını formalaşdırır.Minimum və maksimum ehtiyat səviyyələrini müəyyən edir.Ehtiyat hissələrinin keyfiyyətinə nəzarət edir.Materialların uçotunu, hərəkətini və düzgün istifadəsini təmin edir.Texniki tələblər hazırlayır.Analitika, hesabat və texniki sənədləşmə işini təşkil edir.Səpin, becərmə, yığım və payız mövsümləri üçün texnikanın əvvəlcədən tam hazırlanmasını təmin edir.Vəzifə tələbləri:Ali və ya orta ixtisas təhsili (Mexanika mühəndisliyi, Kənd təsərrüfatı texnikası, Avtomobil nəqliyyatı və ya əlaqəli sahə)Müvafiq sahə üzrə əlavə təlim və sertifikatlar üstünlükdürMüvafiq sahədə minimum 5 il iş təcrübəsiRəhbər vəzifədə (usta, sahə mexaniki, texniki rəhbər və s.) ən azı 2–3 il təcrübəKənd təsərrüfatı texnikası, ağır texnika və ya istehsalat avadanlıqları ilə iş təcrübəsi üstünlükdürTexniki xidmət və təmir planlarının hazırlanmasıEhtiyat hissələrinin planlaşdırılması və anbar nəzarətiYanacaq və sürtkü materiallarının uçotu və nəzarətiNasazlıqların diaqnostikası və operativ aradan qaldırılmasıOperativ düşünmə və stressə davamlılıqZamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;Azərbaycan dili səlisMS Office proqramlarında işləmə bacarığıƏlavə məlumat:Struktur: Aqrar əməliyyatlar bloku, Mexanizasiya departamentiBilavasitə tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəriİş yeri: Yevlax təsərrüfatıİş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş mexanik) qeyd edərək Müraciət Et düyəsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.