Vakansiya haqqında
📍Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu Vəzifə öhdəlikləri:Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək; Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək; Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.Bilməlidir:Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları; Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını; Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;Layihələndirmənin metodlarını;Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; Texniki şərtləri və digər rəhbər materialları; Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni; Tələblər:Ali təhsil (müvafiq sahədə);Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit və s.;Tikinti norma və qaydalarına dair biliklər;İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.Ümumi məlumat:İş yeri: Bakı şəhəri;İş rejimi: 5 gün/ 09:00 – 18:00;Nahar fasiləsi: 13:00 – 14:00;Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
