Vakansiya haqqında
TəsvirLayihələrin ilkin mərhələlərində sahə analizlərinin aparılması, araşdırmaların edilməsi və ilkin dizayn konsepsiyasının formalaşdırılması;Layihələndirmə məlumatlarının qəbulu və təhlili, layihə ehtiyac və hədəflərinə uyğunluq üzrə rəhbərliyə hesabat və tövsiyələrin təqdim edilməsi;Layihə sənədlərinin estetik, texniki və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və layihəçilərin bu istiqamətdə yönləndirilməsi;Layihələndirmə sənədlərinin AR qanunvericiliyinə, şəhərsalma və tikinti normalarına, eləcə də beynəlxalq standartlara uyğun hazırlanmasına nəzarət;Departament daxili komanda, layihəçi təşkilatlar, məsləhətçilər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq;Layihələndirmə müddətləri üzrə məsləhətlərin verilməsi, iş qrafikinin layihə həcmlərinə uyğunluğunun yoxlanılması;Tender mərhələsində texniki dəstəyin göstərilməsi, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması, texniki rəylərin hazırlanması;Tikinti prosesində sınaq, yoxlama və obyektlərin təhvil-təslim mərhələlərində iştirak;Zəruri hallarda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyinin verilməsi, təhlillərin aparılması və büdcə/xərc optimallaşdırılması üzrə təkliflərin hazırlanması;Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanması, təsdiqi və arxivləşdirilməsinin sənədləşdirilmiş məlumatlara nəzarət prosedurlarına uyğun təmin edilməsi.TələblərMemarlıq ixtisası üzrə ali təhsil;Minimum 5 il müvafiq sahədə iş təcrübəsi (iri layihələr üzrə təcrübə üstünlükdür);Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları üzrə biliklər;Beynəlxalq memarlıq və layihələndirmə standartları ilə işləmə bacarığı;AutoCAD, Revit / ArchiCAD və digər müvafiq proqramlarda işləmək bacarığı;Analitik düşüncə, detallara diqqət və güclü ünsiyyət bacarıqları;Azərbaycan dili-sərbəst (rus və ingilis dili biliyi üstünlükdür).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
