Vakansiya haqqında
📍Q-STP Vəzifə öhdəlikləri:Laborator analizlərin aparılması üçün tələb olunan xammal və məhsul nümunələrini qəbul etmək, qeydiyyata almaq və analizlərə hazırlamaqXammalın (iplik, parça, boya, kimyəvi maddələr və s.) keyfiyyət göstəricilərini laborator üsullarla yoxlamaq (rəng sabitliyi, çəkisi, sıxlığı, nəmliyi, dartılma davamlılığı və s. göstəricilərin təyin edilməsi).İstehsalat prosesində alınan nümunələrin analizini həyata keçirmək və nəticələrdə müəyyən edilən uyğunsuzluqları qeydə almaq.Uyğunsuzluqlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq.Laborator analizlərin nəticələrini müvafiq jurnallarda və ya elektron sistemdə qeyd etmək və arxivləşdirmək.Laboratoriyada istifadə olunan cihaz və avadanlıqların işlək vəziyyətdə saxlanılmasına, kalibrasiyasına və texniki xidmətinə nəzarət etmək.Laborator analiz metodlarını təkmilləşdirmək və mövcud standartlara uyğunlaşdırmaq üçün təkliflər vermək.Laboratoriyada təhlükəsizlik, sanitariya və kimyəvi maddələrin düzgün saxlanması qaydalarına əməl olunmasını təmin etmək.Müəssisədə tətbiq olunan keyfiyyət standartlarına uyğun laborator nəzarət sisteminin işləməsini təmin etmək.Tələblər:Laboratoriya üzrə 3 il iş təcrübəsi (Tekstil sahəsində olanlara üstünlük veriləcək)Analitik düşünmə və məsuliyyətlilik bacarığı Dəqiqlik Komanda ilə işləmək İş şəraiti:İş yeri: Sumqayıt şəhəriİş qrafiki: 5 günlükİş saatları: 08:30-17:30 Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.Müraciət qaydası:Mövzu yerinə “Baş laborant” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
