Vakansiya haqqında
Vəzifə funksiyaları Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək;Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək;Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq;Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək;Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək;Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək. Digər şərtlər Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;Reklam agentliyi təcrübəsi mütləqdir;Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;Qrammatik biliklər;Kreativlik, analitik düşüncə, diqqətcil olmaq;Operativ və düzgün qərar vermə;Vaxt və tapşırıq idarə etmə. Dil biliyi Azərbaycan - Mükəmməlİngilis - YüksəkKompüter biliyiTələb olunmur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
