Vakansiya haqqında
TəsvirBankın fəaliyyəti ilə əlaqədar olaraq öhdəlik, təminat, təsərrüfat və s. müqavilələrin layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi;Təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizası;Üçüncü şəxslərdən daxil olmuş müraciətlərə baxılması və onların cavablandırılması prosesinə hüquqi dəstəyin verilməsi;Bankın filial, şöbə, nümayəndəliyinin yaradılması və ya ləğv edilməsi də daxil olmaqla struktur dəyişikliyi prosesinə hüquqi dəstəyin verilməsi;Bankdaxili tənzimləyici sənədlərin layihələrinin hüquqi ekspertizası və qanunvericiliyə uyğunlaşdırılması;Bankda əmək qanunvericiliyinin tətbiqi prosesinə hüquqi dəstəyin verilməsi;Hüquq departamentinə daxil olmuş sorğuların cavablandırılması;Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi prosesinə hüquqi dəstəyin verilməsi;Bankın fəaliyyətinə təsir edən qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı hüquqi rəylərin hazırlanması;Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyat alınması, müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi, bu sahədə struktur bölmələrin fəaliyyətini əlaqələndirmək;Hüquq departamentinin fəaliyyəti ilə əlaqədar olaraq digər vəzifələr.TələblərAli hüquq təhsili;Maliyyə bazarları subyektlərində 3 ildən çox iş təcrübəsi;Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər;Kompüterdə işləmək bacarığı;Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük verilə bilər).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
