Vakansiya haqqında
Tələblər: Ali təhsil (Elektrik və ya Avtomatika mühəndisliyi üzrə) Minimum 3-5 il müvafiq iş təcrübəsi Elektrik təhlükəsizliyi üzrə minimum IV qrup sertifikat İngilis və Rus dillərində iş səviyyəsində bilik Microsoft Office, AutoCAD və Outlook proqramlarında işləmək bacarığı Elektrik sxemlərini oxuma və texniki analiz bacarığı Liderlik, analitik düşüncə və problem həll etmə qabiliyyətiVəzifə öhdəlikləri:Elektrik avadanlıqlarının layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət etmək Elektrik sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək Təmir və texniki qulluq planlarını hazırlamaq və icrasına nəzarət etmək Hava kompressorları və yanğın siqnalizasiya sistemlərinin texniki xidmətini təşkil etməkElektrik və enerji sərfiyyatını analiz edərək optimallaşdırma təklifləri vermək Qabaqlayıcı texniki qulluq (preventive maintenance) sistemlərini inkişaf etdirmək Texniki xərclərin azaldılması və resursların səmərəli istifadəsi üçün təşəbbüslər irəli sürməkTexniki heyəti idarə etmək, istiqamətləndirmək və fəaliyyətlərinə nəzarət etmək İşçilərin təlim ehtiyaclarını müəyyən etmək və inkişaf proqramlarını təşkil etmək Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və ekoloji standartlara riayət olunmasına nəzarət etmək İş qəzalarının araşdırılmasında iştirak etmək və qabaqlayıcı tədbirlər görməkİş Qrafiki:5 günlük iş rejimi.İstirahət günü: Şənbə və Bazar günü.İş Yeri: Sumqayıt şəhəriTələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş energetik” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
