Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Baş Biznes analitik

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvir· Dövlət xidmətlərinin həyat hadisəsi, vahid pəncərə və istifadəçi mərkəzli yanaşma əsasında end-to-end dizaynının metodoloji və strateji səviyyədə idarə edilməsi;· Dövlət xidmətlərinin As-Is və To-Be proses modellərinin yalnız operativ deyil, proses arxitekturası və xidmət portfeli səviyyəsində inteqrasiyalı şəkildə qurulması və uyğunluğunun təmin edilməsi;· Xidmətlərin optimallaşdırılması, sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə strateji təşəbbüslərin hazırlanması, prioritetləşdirilməsi və qərarvermə səviyyəsində əsaslandırılması;· BPMN 2.0, Service Blueprint, CJM, Value Stream Mapping və digər beynəlxalq modelləşdirmə metodologiyalarının tətbiqi üzrə metodoloji standartların müəyyən edilməsi və tətbiqinə nəzarət edilməsi;· Dövlət xidmətlərinin göstərilməsində iştirak edən informasiya sistemləri, reyestrlər, API inteqrasiyaları, məlumat axınları və orkestrasiya məntiqinin yüksək səviyyədə təhlil edilməsi;· Rəqəmsal transformasiya təşəbbüsləri çərçivəsində dövlət qurumları, platforma komandaları, texniki bölmələr və digər maraqlı tərəflər arasında dizayn səviyyəli koordinasiyanın strateji şəkildə təşkili;· Xidmət dizaynı artefaktlarının (Service Blueprint, As-Is/To-Be, Use Case, User Story, Business Rules, Service Catalogue və s.) vahid standartlara uyğun hazırlanmasına metodoloji rəhbərlik və keyfiyyətə nəzarət;· Rəqəmsal xidmətlərin performans göstəricilərinin (SLA, KPI, drop-off, istifadəçi məmnuniyyəti və s.) təhlili əsasında xidmətlərin davamlı təkmilləşdirilməsi mexanizmlərinin qurulması;· BRD, FRD, SRS, Service Design Document (SDD) və digər normativ-texniki sənədlərin hazırlanması prosesinin metodoloji idarə edilməsi və ekspert səviyyəsində hazırlanması;· Rəhbərliyin tapşırıqlarına uyğun olaraq analitik araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və təqdim edilməsi;· Komanda üzvlərinə metodoloji dəstəyin göstərilməsi, bilik ötürülməsi və analitik yanaşmaların standartlaşdırılması.TələblərTələblər· Ali təhsil (İnformasiya Texnologiyaları, Biznes Analitika, Sistem Analizi və ya əlaqəli sahələr üzrə üstünlükdür);· Vəzifə üzrə minimum 5+ il iş təcrübəsi (xüsusilə dövlət xidmətləri, rəqəmsal transformasiya və ya iri miqyaslı İT layihələrdə);· Xidmət dizaynı, proses arxitekturası və biznes analitika sahəsində dərin biliklər;· Dövlət xidmətlərinin rəqəmsallaşdırılması kontekstində As-Is / To-Be modelləri, Service Blueprint, Customer Journey Map və Life Event əsaslı dizayn üzrə praktiki təcrübə;· BPMN 2.0, UML, proses modelləşdirmə, xidmət xəritələnməsi və sistem analiz alətləri üzrə yüksək səviyyəli bilik və tətbiq təcrübəsi;· Kompleks və çoxqurumlu xidmətlərin (end-to-end) dizaynı üzrə təcrübə;· Texniki biliklər: sistem arxitekturası və mikroxidmət yanaşması barədə anlayış, API və inteqrasiya prinsipləri, məlumat modelləri və reyestr əsaslı yanaşma, istifadəçi mərkəzli dizayn prinsipləri;· Rəqəmsal hökumət, xidmət portfeli idarəetməsi və metodoloji sənədlərin (BRD, FRD, SRS, ToR və s.) hazırlanması və yoxlanılması üzrə geniş təcrübə;· Strateji və sistemli düşünmə, mürəkkəb problemləri arxitektura səviyyəsində strukturlaşdırmaq və həll etmək bacarığı;· Maraqlı tərəflərlə (nazirliklər, dövlət qurumları, texniki komandalar, vendorlar) yüksək səviyyədə kommunikasiya və fasilitasiya bacarıqları;· Jira, Confluence, Figma, BPMN modelləşdirmə alətləri (Bizagi, Camunda Modeler və s.) və analitik alətlərlə peşəkar səviyyədə işləmək bacarığı;· Azərbaycan dili – əla, İngilis dili – yüksək səviyyədə (metodoloji və texniki sənədlərlə işləmək və təqdimat etmək qabiliyyəti).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.